Bank Of Baku

«Bank of Azerbaijan» yaxın iki ayda dövlət ipoteka proqramı çərçivəsində kreditləşdirməni 2,5 dəfə artırmaq niyyətindədir

«Bank of Azerbaijan» yaxın iki ayda dövlət ipoteka proqramı çərçivəsində kreditləşdirməni 2,5 dəfə artırmaq niyyətindədir
# 06 avqust 2009 06:50 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Bank of Azerbaijan» Açıq Səhmdar Cəmiyyəti dövlət ipoteka proqramına uyğun olaraq Azərbaycan İpoteka Fondunun vəsaitləri hesabına 100 nəfərə ipoteka krediti vermək niyyətindədir.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, artıq «Bank of Azerbaijan» tərəfindən 40 nəfərə yaxın ipoteka krediti verilib və bu ilin III rübünün sonunadək ipoteka kreditini alanların sayı 100 nəfərə çatdırılması planlaşdırılır.

Bu ilin iyul ayının əvvəlindən Bank tərəfindən verilən ipoteka kreditlərinin ümumi həcmi 1,5 mln. manat təşkil edib və onlardan biri 1 güzəştli ipoteka kreditidir.

«Bank of Azerbaijan» ipoteka kreditlərini 3-25 il müddətinə, maksimum illik 8% dərəcəsi ilə və alınan əmlakın dəyərinin 25%-i həcmində ilkin ödənişlə verir.

Qeyd edək ki, «Bank of Azerbaijan» ASC 1993-cü ildə təsis olunub. Hazırda Bankın nizamnamə kapitalı 15 mln. manat təşkil edir, aktivlərinin həcmi isə 127 mln. manatdan artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR