Bank Of Baku

IFC Azərbaycan və Mərkəzi Asiyanın dörd maliyyə təşkilatına xidmətlərin çeşidinin genişləndirilməsinə yardım göstərir

IFC Azərbaycan və Mərkəzi Asiyanın dörd maliyyə təşkilatına xidmətlərin çeşidinin genişləndirilməsinə yardım göstərir
# 06 avqust 2009 09:47 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Maliyyə Korporasiyası (IFC) Azərbaycan və Mərkəzi Asiyanın dörd maliyyə təşkilatına kiçik müəssisələr üçün təqdim olunan xidmətlərin çeşidinin genişləndirilməsinə yardım göstərir.

IFC-nin Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, Korporasiya tərəfindən göstərilən yardım bu ölkələrin əhalisinin maliyyələşdirilməsini artıracaq. Belə ki, IFC həmin maliyyə institutlarına bank və ya depozit cəlb edən təşkilatlara çevrilməkdə yardım göstərir.

IFC bu yardımı Azərbaycanda «CredAgro»ya, Tacikistanda «IMON International» və «Arvand», Qırğızıstanda «Bay-Tuşum» maliyyə təşkilatlarına göstərir. Bu təşkilatlara IFC tərəfindən məsləhət xidmətləri və korporativ strategiyanın inkişafı kimi yardım göstərilir.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən IFC-nin üzvüdür. Bu müddət ərzində Korporasiya Azərbaycanda 40-dan artıq layihəyə 300 mln. ABŞ dolları məbləğində vəsait ayırıb, həmçinin 104 mln. dollar məbləğində sindikatlaşdırılmış kreditlərin verilməsində iştirak edib. Hazırda IFC-nin Azərbaycan üzrə cari portfeli 131 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR