Bank Of Baku

Azərbaycan əhalisi nağd dolların satışını artırıb

Azərbaycan əhalisi nağd dolların satışını artırıb
# 06 avqust 2009 10:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya banklarına satılan nağd ABŞ dollarının həcmi 2009-cu ilin iyun ayında 125 890,3 min təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 40,2% çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, əhali tərəfindən banklardan nağd dolların alış həcmi isə iyunda 347 832,9 minə bərabər olub ki, bu da analoji may göstəricisindən 1% azdır.

Əhali tərəfindən nağd dolların alışı və satışı üzrə göstəricilər, xüsusən də alışın iyunda kəskin artması mövsümi amillərlə bağlı deyil. Belə ki, ötən ilin iyununda dolların satışı may ayı ilə müqayisədə cəmi 4% artıb, satış isə 14% azalıb.

Qeyd edək ki, əhali tərəfindən aparılan alış əməliyyatlarının kəskin artımı nəticəsində iyunda alış/satış nisbəti cəmi 2,8 dəfə olub, halbuki cari ilin əvvəlindən, yəni yanvar-iyun aylarında əhalinin nağd dolların alışı müvafiq satış həcmini 6,7 dəfə üstələyib.

Bank sistemində nağd dolların orta məzənnəsi iyun ayında 0,8046 manat təşkil edib ki, bu da may ayının göstəricinə tam bərabərdir, orta illik göstəricidən isə 0,31% aşağıdır. Bu da II rübdə nağd dolların məzənnəsinin 0,8075 manatdan 0,8046 manata kimi enməsi nəticəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR