Bank Of Baku

Azərbaycanda plastik kartların sayı iyunda 91 min azalıb

Azərbaycanda plastik kartların sayı iyunda 91 min azalıb
# 06 avqust 2009 11:18 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda dövriyyədə olan plastik kartların sayı 2009-cu ilin iyul ayının 1-nə 3 724 min ədəd təşkil edib ki, bu da iyunun 1-nə olan analoji göstərici ilə müqayisədə 91 min ədəd və ya 2,3% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda ötən ilin müvafiq dövrü ilə müqayisədə plastik kartların sayı 600 min ədəd və ya 19,2%, cari ilin əvvəlindən isə 98 min ədəd və ya 2,7% artıb.

Cari ilin iyun ayı ərzində plastik kartlar vasitəsi ilə aparılan əməliyyatların strukturu göstərir ki, 417 mln. manat həcmində 3,740 mln. əməliyyat debet kartlar, 44 mln. manat həcmində 165 min əməliyyat isə kredit kartlarının payına düşür.

Qeyd edək ki, kartların sayının azalmasına baxmayaraq, kartlarla aparılan əməliyyatların sayı və həcmi artıb. Belə ki, may ayında 374 mln. manat həcmində 3,376 mln əməliyyat debet kartlarla, 37 mln. manat həcmində 143 min əməliyyat isə kredit kartlarla aparılıb.

Plastik kartların sayının azalmasını ilk növbədə bu kartlar vasitəsi ilə verilən istehlak kreditlərinin ödənilərək dövriyyədən çıxarılması, həmçinin dünya maliyyə böhranı fonunda Azərbaycanda da kreditləşmənin kəskin zəifləməsi ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR