Bank Of Baku

Azərbaycanın Banklararası Milli Hesablaşmalar Sistemi ilə aparılan ödənişlərin həcmi iyunda kəskin azalıb

Azərbaycanın Banklararası Milli Hesablaşmalar Sistemi ilə aparılan ödənişlərin həcmi iyunda kəskin azalıb
# 06 avqust 2009 12:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın Banklararası Milli Hesablaşmalar Sistemi (AZİPS) vasitəsi ilə 2009-cu ilin iyun ayı ərzində 5 492 mln. manat həcmində 34 min ödəniş əməliyyatı aparılıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumatına görə, ötən ilin iyun ayı ilə müqayisədə ödənişlərin sayı 10,5%, ödənişlərin həcmi isə 12,4% azalıb.

Eyni zamanda, AZİPS vasitəsilə aparılan ödənişlərin sayı və həcmi may ayına nisbətən müvafiq olaraq 3% artıb və 7,9% azalıb.

Qeyd edək ki, bu ilin iyun ayında sistem vasitəsilə aparılan ödəniş əməliyyatlarının orta məbləği 161,5 min manat təşkil edib. Bu, ötən ilin iyun ayına nisbətən 2,1%, bu ilin may ayı ilə müqayisədə isə 10,6% azdır.

Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən 46 bankın və Bakı Banklararası Valyuta Birjasının üzv olduğu AZİPS sistemi 2001-ci ildə yaradılıb. Ödəniş funksiyaları ilə bərabər bu sistem SWIFT - Ümumdünya Banklararası Maliyyə Telekommunikasiya Sistemindən real vaxt rejimində istifadə imkanını təmin edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR