Bank Of Baku

Azərbaycanda bankomatların sayı ilin əvvəlindən 5% artıb

Azərbaycanda bankomatların sayı ilin əvvəlindən 5% artıb
# 06 avqust 2009 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən quraşdırılan bankomatların (ATM) ümumi sayı 2009-cu ilin iyul ayının 1-nə 1 588 vahid təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 182 bankomat və ya 13%, cari ilin əvvəlindən isə 73 bankomat və ya 5% çoxdur.

İyulun 1-nə fəaliyyət göstərən bankomatların 902-si və ya 57%-i Bakıda, qalanı isə regionlarda quraşdırılıb. Qeyd edək ki, Bakı və regionlar arasında bankomatların sayına görə nisbət ilin əvvəlindəki səviyyədə qalıb, ötən ilin iyulun 1-nə isə Bakının payına bankomatların 60%-i düşüb. Ötən ilin əvvəlinə Bakının payına bankomatların 62%-ni düşdüyünü nəzərə alaraq, demək olar ki, bankomat şəbəkəsinin regionları əhatə etməsi prosesi tədricən genişlənir. Bu da həmçinin pensiya sisteminin modernləşməsi, yəni təqaüdlərinin plastik kartlara ödənilməsi prosesi ilə birbaşa bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR