Bank Of Baku

«Moody’s» agentliyi «Standard Insurance» şirkətinin reytinqini azaldıb

«Moody’s» agentliyi «Standard Insurance» şirkətinin reytinqini azaldıb
# 06 avqust 2009 13:21 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Moody’s Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «Standard Insurance» sığorta şirkətinə təyin etdiyi Sığortaçının Maliyyə Dayanıqlığı Reytinqini (İFSR) «B1» səviyyəsindən «B2» həddinədək endirib.

«APA-Economics»in məlumatına görə, bundan başqa, agentliyin sığorta şirkətinin reytinqi üzrə verdiyi «mənfi» proqnoz Azərbaycandakı maliyyə mühitini və «Bank Standard»ın hazırkı durumunu əks etdirir.

Qeyd edək ki, «Moody’s» agentliyi bundan bir qədər öncə «Bank Standard»a verdiyi reytinqi «B1»-dən «B2»-yə endirib.

Agentlik mütəxəssislərinin fikrincə, «AB Standard» şirkətlər qrupunun maliyyə dayanaqlığının zəifləməsi ümumilikdə bu holdinqə daxil olan törəmə şirkətlərin durumuna təsir edib.

Qeyd edək ki, «Standard Insurance» Azərbaycanın ən iri qeyri-həyat sığortası şirkəti kimi 2008-ci ili 2,8 mln. manat xalis mənfəətlə başa vurub. Sığorta daxilolmaları əsasən «Bank Standard»ın avtomobil kreditləri üzrə təqdim olunan sığorta polislərindən əldə olunduğuna görə, mükafatlardan gələn mənfəətin bu il azalacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR