Bank Of Baku

Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində aparılan əməliyyatların həcmi iyunda 10% artıb

Azərbaycanın Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində aparılan əməliyyatların həcmi iyunda 10% artıb
# 07 avqust 2009 07:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) apardığı əməliyyatların həcmi 2009-cu ilin iyun ayında 411 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, XÖHKS sistemində qeydə alınan banklararası ödəniş əməliyyatlarının həcmi may ayı ilə müqayisədə 36 mln. manat və ya 9,6% artıb.

İyun ayında XÖHKS-də qeydə alınan əməliyyatların sayı 68 min və ya 16,7% artaraq 475 minə çatıb.

Qeyd etmək lazımdır ki, banklararası ödəniş əməliyyatlarının sayca əksər hissəsi məhz XÖHKS-in payına düşür. Banklar tərəfindən aparılan xırda ödənişlərin payı klirinq əməliyyatlarının ölkə üzrə ümumi sayında 93,3%-ə bərabərdir. Buna baxmayaraq, Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində qeydə alınan hər bir əməliyyatın orta məbləği bu ilin əvvəlindən 2 300 manatdan 900 manata enib.

Xatırladaq ki, 2002-ci ildə istifadəyə verilən XÖHKS sistemi müasir texnologiyalara əsaslanan xırda və təcili olmayan ödənişlər üçün klirinq şəbəkəsidir. Sistem Dünya Bankının himayəsi altında keçirilən tenderin qalibi olan «CMA Small Systems AB» şirkəti tərəfindən hazırlanıb. Sistemdə gün ərzində 300 minədək ödənişin qəbulu aparıla bilər. XÖHKS-də 46 kommersiya bankı ilə bərabər «Aqrarkredit» təşkilatı, İpoteka Fondu, Baş Dövlət Xəzinədarlığı və Vergilər Nazirliyi əməliyyat apara bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR