Bank Of Baku

Azərbaycanın kredit kartları ilə əməliyyatların ən azı 40%-i xaricdə aparılır

Azərbaycanın kredit kartları ilə əməliyyatların ən azı 40%-i xaricdə aparılır
# 07 avqust 2009 09:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən banklar tərəfindən buraxılmış kredit kartları üzrə 2009-cu ilin iyun ayında 19 mln. manat həcmində icra olunan əməliyyatlar ölkə xaricində aparılan əməliyyatların payına düşüb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kredit kartları ilə xaricdə aparılan əməliyyatların ümumi sayı isə 70 minə bərabər olub.

İyun ayında kredit kartları ilə aparılan əməliyyatların ümumi sayı 165 min, məcmu həcmi isə 44 mln. manat təşkil edib. Beləliklə, əməliyyatların sayca 42,4%-i, həcm baxımından isə 43,2%-i xaricdə yerinə yetirilən ödənişlərin payına düşüb.

Müqayisə üçün qeyd edək ki, cari ilin bütün ayları üzrə statistikanı nəzərə alsaq, xaricdə aparılan əməliyyatların xüsusi çəkisinin daim 40-43% civarında dəyişdiyini görərik.

Beləliklə, Azərbaycanda emissiya olunmuş kredit kartlarının təxminən 2/5-si məhz ölkədən kənarda istifadə edilir.

Qeyd edək ki, nağd pul əvəzində beynəlxalq ödəmə sistemləri tərəfindən qəbul olunan plastik kartlarla vəsaiti xaricə çıxarıb istifadə etmək sivil və dünyada çox geniş yayılmış bir üsuldur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR