Bank Of Baku

Azərbaycan əhalisi nağd avronun alışını xeyli artırıb

Azərbaycan əhalisi nağd avronun alışını xeyli artırıb
# 07 avqust 2009 09:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda avro ilə aparılan nağd əməliyyatların həcmi 2009-cu ilin iyun ayında 31 160,2 min təşkil edib ki, bunun da 4 438,6 mini əhali tərəfindən satılıb, 26 721,6 mini isə alınıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, may ayı ilə müqayisədə nağd avronun əhali tərəfindən satışı 40% azalıb, alışı isə 58,3% artıb.

Qeyd edək ki, may ayında nağd avro ilə əməliyyatların əks dinamikası müşahidə olunub. Belə ki, mayda nağd avronun satışı aprel ilə müqayisədə 90,6% artıb, alışı isə 2,1 dəfə azalıb.

Ümumilikdə, yanvar-iyun ayları ərzində Azərbaycanda əhali tərəfindən 29 934,7 min avro satılıb, 316 717,8 min avro isə alınıb. Beləliklə, cari ilin ilk yarısında əhalinin nağd avronun alışı müvafiq satış həcmini 10,6 dəfə üstələyib. Alışın bu dərəcədə yüksək olmasının əsas səbəbi Avrozonadan Azərbaycana pərakəndə və mütəşəkkil idxalın çox olması ilə bağlıdır.

Qeyd edək ki, iyun ayında nağd avronun əhali tərəfindən satış həcmi il ərzində müşahidə olunan orta aylıq göstəricidən 11%, alış həcmi isə 49,4% az olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR