Bank Of Baku

Rusiya rublun rolunu artırmaq niyyətindədir

Rusiya rublun rolunu artırmaq niyyətindədir
# 07 avqust 2009 10:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Rusiya Maliyyə Nazirliyi «Valyuta tənzimlənməsi və valyuta nəzarəti haqqında» qanuna dəyişikliklər hazırlayıb. «APA-Economics»in məlumatına görə, dəyişikliklərin əsas əhəmiyyəti rublun xaricdə istifadə əhatəsinin genişləndirilməsi, o cümlədən, xarici banklara və xarici banklardan rubl hesablarından köçürmələrinə icazənin verilməsindən ibarətdir.

Maliyyə Nazirliyinin bu addımı rublu ehtiyat valyutasına çevirmək və ümumilikdə, rublun rolunu artırmaq niyyəti kimi qiymətləndirilir.

Eyni zamanda, ekspertlər rublun xarici ölkələrin ərazilərində istifadəsinin genişləndirilməsi perspektivlərinə böyük bədbinliklə yanaşır, çünki hazırkı vəziyyətdə rublla əməliyyatlara tələbatın yalnız bir sıra MDB ölkəsində yaranacağını gözləmək olar. Belə bir vəziyyəti isə hər hansı qanuna əlavələr vasitəsi ilə dəyişmək mümkün. Digər tərəfdən, Rusiya ixracının strukturunda əsas yeri neft, qaz və digər xammalın tutması amili də rublun rəqabət qabiliyyətini kəskin azaldır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR