Bank Of Baku

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında çalışan mühasiblərin ikinci müşavirəsi keçirilib

Azərbaycanın diplomatik nümayəndəlik və konsulluqlarında çalışan mühasiblərin ikinci müşavirəsi keçirilib
# 07 avqust 2009 16:53 (UTC +04:00)
Avqustun 6-7-də Azərbaycan Respublikasının diplomatik nümayəndəlik və konsulluqlarında çalışan mühasiblərin ikinci müşavirəsi keçirilib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müşavirədə diplomatik nümayəndəlik və konsulluqlarda maliyyə işinin təşkili və mühasibat uçotunun aparılmasına dair çıxışlar dinlənilib, cari və perspektiv məsələlərlə bağlı müzakirələr aparılıb.
Müşavirədə həmçinin Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Hesablama Palatasının, Dövlət Gömrük Komitəsinin və Əmlak Məsələləri Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.
Növbəti müşavirənin 2011-ci ildə keçirilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR