Bank Of Baku

Azərbaycan prezidenti “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərman imzalayıb

Azərbaycan prezidenti “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərman imzalayıb
# 07 avqust 2009 17:00 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” fərman imzalayıb. APA-nın xəbərinə görə, sənəddə göstərilib ki, Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan banklarda və bank olmayan kredit təşkilatlarında həmin səhmlərin imkan verdiyi dərəcədə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş məsələlərin həll edilməsində dövlətin adından iştirak etmə hüququ Maliyyə Nazirliyinə və Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə həvalə edilib.
Maliyyə Nazirliyinə
- kredit təşkilatının Müşahidə Şurasının və Audit Komitəsinin (Təftiş Komissiyasının) üzvlərinin seçilməsi və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi,
- kredit təşkilatının icra orqanlarının yaradılması və onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi,
- kredit təşkilatının illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi,
- mənfəətinin və zərərinin bölüşdürülməsi, kredit təşkilatının xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanmasına razılıq verilməsi,
- kredit təşkilatının reqlamentinin qəbul edilməsi və reqlamentə əlavə və dəyişikliklərin edilməsi,
- kredit təşkilatının faiz dərəcələri, aktivlərin yerləşdirilməsi və kateqoriyaları barəsində siyasətinin, habelə bankın ümumi maliyyə, uçot, inzibati və kadr siyasətinin müəyyənləşdirilməsi,
- növbəti və tələb olunduğu hallarda növbədənkənar auditin keçirilməsi barədə qərarın qəbul edilməsi və bu məqsədlə kənar auditorun təyin edilməsi,
- kredit təşkilatının büdcəsinin qəbul və təsdiq edilməsi,
- kredit təşkilatının inzibatçılarının işə götürülməsi müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi,
- Müşahidə Şurası üzvlərinin səlahiyyətləri istisna olmaqla, kredit təşkilatının inzibatçılarının kredit təşkilatı adından və kredit təşkilatı hesabına öhdəliklər qəbul etmək səlahiyyətlərinin və həmin səlahiyyətlərin kredit təşkilatının digər əməkdaşlarına verilməsi hüququnun hədlərinin müəyyənləşdirilməsi,
- kredit təşkilatı inzibatçılarının kommersiya maraqlarının açıqlaması haqqında qaydaların və həmin qaydalara dəyişiklik və əlavələrin qəbul edilməsi,
- kredit təşkilatının səhmlərinin buraxılması müddətlərinin və şərtlərinin müəyyənləşdirilməsi, habelə mühüm iştirak payının əldə edilməsinə razılıq verilməsi,
- kredit təşkilatının kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatlarının təsdiq edilməsi, habelə xalis mənfəət hesabına ehtiyatların yaradılması və dividendlərin ödənilməsi barədə qərarın qəbul edilməsi həvalə edilib.
Əmlak Məsələləri Dövlət Komitəsinə isə Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının Nizamnaməsinin təsdiq edilməsi, nizamnamə kapitalının miqdarının müəyyən edilməsi,
- Maliyyə Nazirliyinin təklifi əsasında kredit təşkilatının nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi,
- bu Fərmanla müəyyən edilmiş səlahiyyətlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırmaqla həll edilməsi həvalə edilib.

Fərmanda Maliyyə Nazirliyinə bu fərmanın 1.1-ci bəndində göstərilən məsələlərin həllində iştirak edərək, nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan kredit təşkilatlarının səmərəli idarə edilməsi ilə bağlı müvafiq tədbirlər görərək, bu barədə ildə bir dəfə Azərbaycan Prezidentinə məlumat vermək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR