Bank Of Baku

ABŞ iqtisadiyyatı tənəzzüldən uzaqlaşır

ABŞ iqtisadiyyatı tənəzzüldən uzaqlaşır
# 08 avqust 2009 08:39 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ prezidentinin administrasiyası ölkədə iyul ayında işsizliyin 0,1 faiz azalmasını tənəzzüldən uzaqlaşmanın əlaməti kimi qiymətləndirir. “APA-Economics”in məlumatına görə, bu bəyanatla Ağ Evin mətbut katibi Robert Qibbs çıxış edib. Bəyanatda eyni zamanda iqtisadi geriləməyə qalib qəlmək üçün hələ də böyük işlərin görülməli olduğu vurğulanıb.
Qeyd edək ki, həzırda ABŞ-da işsizliyin səviyyəsi 9,4% təşkil edir. R.Qibbs əlavə edib ki, prezident bu səviyyənin cari ildə 10%-dək artmasını istisna etmir və etiraf edir ki, iş qüvvəsinə tələbatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün çox vaxt tələb olunacaq.
Beləliklə, iyul ayının sonuna ABŞ-da işsizlik səviyyəsi 9,4% təşkil edib ki, bu da iyunun göstəricisindən 0,1 faiz, analitiklərin gözləmələrindən isə 0,2 faiz az olub. Eyni zamanda ay ərzində ABŞ-da qeyri-aqrar sektorunda ixtisar edilən iş yerlərin sayı proqnozlardan (320-340 min iş yeri) kəskin aşağı olaraq, 274 minə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR