Bank Of Baku

«Azərdəmiryolbank» bu il dövlət xətti ilə 35 ipoteka krediti ayırıb

«Azərdəmiryolbank» bu il dövlət xətti ilə 35 ipoteka krediti ayırıb
# 10 avqust 2009 06:54 (UTC +04:00)
Bakı. Vüqar Mustafayev – APA-Economics. Azərbaycanda dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi bərpa olunduqdan sonra «Azərdəmiryolbank» SKB müştərilərə 35 ipoteka krediti ayırıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ayrılan ipoteka kreditlərinin ümumi həcmi 1,426 mln. manat təşkil edib. Kreditlərin 6-sı sosial iptekaya aid olub.

Hazırda bank ipoteka kreditlərini 3-25 il müddətinə ayrılır.

Xatırladaq ki, «Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» paketi Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur.

Bank 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR