Bank Of Baku

ABŞ oktyabrda defoltla üzləşə bilər

ABŞ oktyabrda defoltla üzləşə bilər
# 10 avqust 2009 08:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın maliyyə naziri Timoti Qeytner ölkənin federal borcunun qanunvericiliklıə nəzərdə tutulan maksimal həddinin artırılmasına dair Konqresə rəsmi müraciət göndərib. «APA-Economics»in məlumatına görə, hazırda bu limit 12,1 trln. dollar təşkil edir ki, T.Qeytnerin proqnozuna əsasən, ABŞ-ın federal borcu bu limitə artıq 2009-cu ilin oktyabrında çata bilər.

Müraciətdə deyilir ki, borcun maksimal həddinin artırılması üzrə konqresin müvafiq qərar çıxarması ABŞ-ın daxilində və xaricində olan bütün investorları arasında ölkənin öz öhdəliklərini həmişə yerinə yetirməyə qadir olduğu barədə əminliyin saxlanılması baxımından çox vacibdir.

Qeyd edək ki, hazırda ABŞ-ın dövlət borcu 11,7 trln. dollara, federal büdcəsinin kəsiri isə 1,8 trln. dollara bərabərdir.

Dövlət borcu limitə çatacağı təqdirdə, ABŞ hökuməti tarixdə ilk dəfə olaraq öz öhdəlikləri üzrə texniki defoltla üzləşəcək. Bu səbəbdən, həmçinin dövlət istiqrazları sahiblərinə vəsaitlərin ödənilməməsi Amerikanın kredit reytinqinə çox güclü zərbə vura biləcəyini nəzərə alaraq, Maliyyə Nazirliyinin təkliflərinin Konqres tərəfindən qəbul olunacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR