«APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının «2009-cu ilin yanvar-iyun aylarının yekunu üzrə manatın ikitərəfli və effektiv məzənnə indekslərinin vəziyyəti barədə İcmal»ında deyilir. Sənədə əsasən, may ayına nisbətən isə müvafiq olaraq 2,3%, 2,3% və 2,2% ucuzlaşma qeydə alınıb.
Mərkəzi Bankın hesablamaları göstərir ki, 2009-cu ilin yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə nominal effektiv məzənnə ümumi ticarət dövriyyəsi, idxal, həmçinin ixrac çəkili müvafiq olaraq 3,7%, 3,3% və 5,5% bahalaşıb, əvvəlki aya nisbətən isə müvafiq olaraq 2,0%, 2,0% və 2,1% ucuzlaşıb.
Ticarət tərəfdaşı olan ölkələrin valyutalarına nəzərən ikitərəfli real məzənnələrin dəyişməsinin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla həndəsi ortasını əks etdirən manatın real effektiv məzənnəsi isə yanvar-iyun aylarında ümumi ticarət dövriyyəsi üzrə 5,0%, idxal çəkili 4,5%, ixrac çəkili 5,4% ucuzlaşıb. May ayına nisbətən isə müvafiq olaraq 3,2%, 3,3% və 3,1% ucuzlaşma qeydə alınıb. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə 2009-cu ilin yanvar-iyun aylarında ümumi ticarət dövriyyəsi üzrə 3,4%, idxal çəkili 3,5%, ixrac çəkili 2,6%, əvvəlki aya nisbətən isə müvafiq olaraq 3,0%, 2,9% və 3,1% ucuzlaşıb.
Azərbaycanın xarici ticarət şəraitini xarakterizə edən indekslər (%)
| Nominal effektiv məzənnə indeksi | Real effektiv məzənnə indeksi | ||||
| Ticarət dövriyyəsi üzrə | İdxal üzrə | İxrac üzrə | Ticarət dövriyyəsi üzrə | İdxal üzrə | İxrac üzrə |
Dekabr 2008 | 100 | 100 | 100 | 100 | 100 | 100 |
Yanvar | 103.0 | 104.0 | 102.2 | 102.0 | 102.6 | 101.5 |
Fevral | 107.9 | 109.3 | 106.6 | 105.5 | 106.6 | 104.7 |
Mart | 107.9 | 109.7 | 106.4 | 104.2 | 105.2 | 103.3 |
Aprel | 106.0 | 107.4 | 104.8 | 101.8 | 102.4 | 101.1 |
May | 102.9 | 104.1 | 101.8 | 98.2 | 98.6 | 97.7 |
İyun | 100.5 | 101.7 | 99.5 | 95.0 | 95.5 | 94.6 |
Mərkəzi Bankın məlumatına görə, cari ilin yanvar-iyun aylarında ümumi ticarət dövriyyəsi üzrə real effektiv məzənnəyə nominal valyuta məzənnələrinin dəyişməsi artırıcı, qiymətlərin dəyişməsi isə azaldıcı təsir göstərib.