Bank Of Baku

«Parex Bank» Azərbaycandakı nümayəndəliyinin statusunu artırmayacaq

«Parex Bank» Azərbaycandakı nümayəndəliyinin statusunu artırmayacaq
# 10 avqust 2009 10:31 (UTC +04:00)
Bakı. Nicat Musatfayev – APA-Economics. Latviyanın «Parex Bank»ı Azərbaycanda fəaliyyət göstərən nümayəndəliyinin statusunu artırmaq niyyətində deyil. «APA-Economics»in məlumatına görə, bunu «Parex Bank»ın kapitalın idarə edilməsi üzrə müdiriyyətinin rəhbəri, Bankın baş vitse-prezidenti Roberts İdelson bildirib.

R.İdelsonun sözlərinə görə, Bankın Azərbaycandakı nümayəndəliyinin hazırkı statusu rəhbərliyi qane edir: «Hazırkı status bizi tam qane edir və bizim planlarımıza «Parex Bank»ın Azərbaycandakı nümayəndəliyinə bank statusunu vermək daxil deyir».

Qeyd edək ki, hazırda «Parex Bank»ın Azərbaycanda həmçinin «Parex Leasing & Factoring» törəmə şirkəti fəaliyyət göstərir. «Parex Leasing & Factoring» şirkəti Azərbaycanda 2005-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə şirkətin lizinq portfelinin həcmi 35,620 mln. manat, məcmu kapitalı 194,785 min manat, nizamnamə kapitalı isə 40,750 min manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR