Bank Of Baku

Azərbaycanda pul aqreqatları üzrə azalma dinamikası müşahidə olunur

Azərbaycanda pul aqreqatları üzrə azalma dinamikası müşahidə olunur
# 11 avqust 2009 07:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2009-cu ilin iyul ayının 1-nə 6 693,9 mln. manat təşkil edib ki, bu da ilin əvvəli ilə müqayisədə 21,2% azdır. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, M3 aqreqatının həcmi iyun ayında da azalıb və azalmanın həcmi 1,2%-ə bərabər olub.

Qeyd edək ki, M3 aqreqatının strukturuna nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. Pul kütləsinin tərkib hissələri üzrə də azalma tendensiyası müşahidə olunub. Belə ki, nağd pullar (M0 aqreqatı) yarımillik ərzində 15,9% azalaraq 3 486,4 mln. manata çatıb.

M1 aqreqatı olan nağd pul və tələb olunanadək əmanət və depozitlərin həcmi isə iyulun 1-nə 4 198,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 18,4% azdır.

M2 aqreqatı olan nağd pul və manatla olan tələb olunanadək və müddətli əmanət və depozitlər 4 872 mln. manata bərabər olub və bu, cari ilin əvvəli ilə müqayisədə 19,9% azalma deməkdir.

Cari ilin iyulun 1-nə nağd pulun manat pul kütləsində xüsusi çəkisinin göstəricisi 71,6% təşkil edib ki, bu da ilin əvvəlində olan göstəricidən 3,4 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR