Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalır

Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları yenidən azalır
# 11 avqust 2009 08:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının rəsmi valyuta ehtiyatlarının həcmi 2009-cu ilin avqust ayının 1-nə 4 787 mln. dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 436,7 mln. dollar və ya 8,4% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən valyuta ehtiyatları 1 350 mln. dollar və ya 22%, iyulun 1-i ilə müqayisədə isə 293,7 mln. dollar və ya 5,8% azalıb.

Qeyd edək ki, valyuta ehtiyatlarının nəzərə çarpan dərəcədə azalması məhz cari ilin əvvəlindən başlayıb, bunun da əsas səbəbi dünya maliyyə böhranı və dünya neft bazarında konyunkturanın pisləşməsi ilə bağlı olub. Nəticədə, Mərkəzi Bankın valyuta ehtiyatları dəyərdən düşüb, həmçinin manatın sabit qalması üçün bu ehtiyatlardan istifadə olunub. Bu proses may ayına qədər müşahidə olunub, sonrakı iki ay ərzində isə artım bərpa olunub. Lakin göründüyü kimi, azalma tendensiyası yenidən başlayıb:




Cədvəldən görünür ki, cari ilin əvvəilndə rəsmi valyuta ehtiyatları maksimum həddə çatıb ki, sonrakı dövrdə bu göstəricinin dəyişkənliyi müşahidə olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR