Bank Of Baku

Azərbaycanda manatla pul bazası artır

Azərbaycanda manatla pul bazası artır
# 11 avqust 2009 10:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin avqust ayının 1-nə 4 129,1 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 256,1 mln. manat və ya 6,6% artıb. Lakin cari ilin əvvəlindən manatla pul bazasının həcmi 652,2 mln. manat və ya 13,6% azalıb.

Pul bazasına dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir. Qeyd edək ki, cari ilin ilk dörd ayı ərzində müşahidə olunan ardıcıl azalmadan sonra mayda artım başlayıb və pul bazasının artımı həmin ay 140,9 mln. manat, iyunda 68,4 mln. manat, iyulda isə 240,2 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR