Bank Of Baku

Bu ilin birinci yarısında Rusiyada 9,5%-lik iqtisadi geriləmə qeydə alınıb

Bu ilin birinci yarısında Rusiyada 9,5%-lik iqtisadi geriləmə qeydə alınıb
# 11 avqust 2009 12:08 (UTC +04:00)
Moskva – APA-Economics. Bu ilin II rübündə Rusiyada ümumi daxili məhsulun həcmi yanvar-mart aylarına nisbətən 7,5% artıb. Bununla yanaşı, ötən ilin eyni dövrü ilə müqayisədə iqtisadi geriləmə 10,9%-ə bərabər olub.

«APA-Economics»in Rusiyanın statistika orqanlarına istinadən verdiyi məlumata görə, bu göstəricilər hazırda ilkin xarakter daşıyır və sonradan daha da dəqiqləşdiriləcək. Həmçinin bildirilir ki, cari ilin ilk rübündə ÜDM-nin həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,5% azalıb. Lakin ümumilikdə yarımillik üzrə əsas makroiqtisadi göstərici açıqlanmayıb.

Xatırladaq ki, bundan bir qədər öncə RF-nin İqtisadi İnkişaf Nazirliyi ÜDM-nin 2008-ci ilin yanvar-iyun aylarına nisbətən 10,1% azaldığını bildirib. Bununla yanaşı qeyd olunub ki, cari ilin iyun ayında son 9 ayda ilk dəfə olaraq ÜDM üzrə aylıq artım (+0,1%) müşahidə olunub.

RF hökumətinin proqnozlarına əsasən, 2009-cu ildə ölkə iqtisadiyyatı 8-8,5% azalacaq. Lakin artıq ikinci yarımillikdə müəyyən iqtisadi inkişaf (4-5%) gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR