Bank Of Baku

Latviya və Estoniyanın kredit reytinqləri endirilib

Latviya və Estoniyanın kredit reytinqləri endirilib
# 11 avqust 2009 12:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Standard & Poor’s» beynəlxalq reytinq agentliyi Latviya və Estoniyanın uzunmüddətli kredit reytinqlərini azaldıb. «APA-Economics»in məlumatına görə, Latviyanın reytinqi bir pillə endirilərək BB («neqativ» proqnoz), Estoniyanın reytinqi də bir pillə endirilərək A- («neqativ» proqnoz) səviyyəsində müəyyənləşdirilib. Eyni zamanda, Litvanın reytinqi BBB səviyyəsində təsdiqlənib.

Agentliyin məlumatına əsasən, Latviyanın reytinqinin endirilməsi ölkənin gəlirlərinin azalması, büdcəyə olan təzyiqin artması, iqtisadi artımın bərpası üzrə perspektivlərin qeyri-müəyyən olması və dövlət borcunun 2011-ci ilədək ÜDM-in 80%-nə çatacağı barədə ehtimallarla bağlıdır.

Estoniyanın reytinqinin azaldılması isə ilk növbədə ölkənin xarici maliyyələşmədən asılılığının azaldılması zəruriyyəti ilə bağlı olan ciddi iqtisadi təhlükələrin ola biləcəyi ehtimalları ilə bağlıdır. Bundan başqa, maliyyə sektorunun xarici öhdəliklərinin iri həcmdə olması da bu prosesə mənfi təsir göstərib.

Litvanın reytinqinin endirilməməsi və yalnız neqativ proqnozun verilməsi ölkə iqtisadiyyatında tarazlığın olmasından irəli gələn iqtisadi və siyasi risklərin artması ilə bağlıdır. Agentliyin mütəxəssisləri vurğulayırlar ki, cari ildə artıq bir neçə dəfə büdcənin sekvestr edilməsinə baxmayaraq, büdcə hələ də kəsirlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR