Bank Of Baku

«Azərbaycan Sənaye Bankı» yeni avtomobil krediti kampaniyasına başlayıb

«Azərbaycan Sənaye Bankı» yeni avtomobil krediti kampaniyasına başlayıb
# 12 avqust 2009 10:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC və Cənubi Koreyanın «Hyundai» avtomobil şirkətinin Azərbaycanda rəsmi distribyutoru olan «Hyundai Auto Azerbaijan» şirkəti birgə kredit kampaniyasına start verib.

Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, kampaniya çərçivəsində kreditlər «Hyundai»ın rəsmi dilerlərindən alınan avtomobillərin maliyyələşdirilməsi məqsədi ilə verilir. Kreditin maksimal müddəti 36 ay olmaqla, faiz dərəcələri isə 1 ilədək müddət üçün illik 18%, 1-2 il üçün 19%, 2-3 il üçün 20% təşkil edir.

Krediti götürən şəxs ilkin ödəniş olaraq aldığı avtomobilin qiymətinin ən azı 25%-ni ödəməlidir. Kredit rəsmiləşdiriləndə bankın komisyon xərcləri isə 1% təşkil edir.

Qeyd edək ki, «Azərbaycan Sənaye Bankı» 1996-cı ildən «CIBank» ASC kimi fəaliyyətə başlayıb və 2006-cı ilin sonunda brendini dəyişib. Bu ilin avqust ayının 1-nə bankın aktivlərinin həcmi 103,555 mln. manat, depozit portfeli 63,620 mln. manat, kredit portfeli 54,903 mln. manat, məcmu kapitalı 17,156 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,8 mln. manat təşkil edib. Hazırda bankın ölkə üzrə 8 filialı, 22 bankomatı və 252 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR