Bank Of Baku

«Texnikabank» artıq 74 nəfərə ipoteka krediti ayırıb

«Texnikabank» artıq 74 nəfərə ipoteka krediti ayırıb
# 12 avqust 2009 11:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Texnikank» Səhmdar Kommersiya Bankı 2009-cu ilin iyun ayından indiyədək dövlət vəsaiti hesabına 74 nəfərə 3 102 354 manat həcmində ipoteka krediti verib. Bunun 236 450 manatı 7 vətəndaşa ayrılan sosial ipoteka kreditlərinin payına düşür.

«Texnikabank»ın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, ilk ipoteka krediti iyun ayının 25-də verilib və həmin kreditin həcmi 49 min manat, müddəti isə 25 il təşkil edib.

Qeyd edək ki, ümumilikdə bu günədək banka rəsmi olaraq 150 nəfər ipoteka kreditlərinin alınması üçün müraciət edib.

«Texnikabank»ın məlumatında həmçinin deyilir ki, bank ipoteka kreditlərinin verilməsini davam etdirir və hər bir Azərbaycan vətəndaşı ipoteka kreditlərinin alınması üçün bankın bütün filiallarına, eləcə də baş ofisə müraciət edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR