Bank Of Baku

ABŞ iqtisadiyyatının bərpası başlayıb

ABŞ iqtisadiyyatının bərpası başlayıb
# 12 avqust 2009 11:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən əsrin 30-cu illərindən sonra ən dərin böhran yaşayan ABŞ iqtisadiyyatının bərpası artıq başlayıb. «APA-Economics»in məlumatına görə, bu fikirlər «Bloomberg» agentliyi tərəfindən iqtisadçılar arasında aparılmış sorğuda səsləndirilib.

Sorğuya əsasən, ABŞ-da ÜDM həcminin yaxın dörd rüb ərzində 2% və ya daha çox artacağı gözlənilir. Bununla, yanaşı sorğuda iştirak edənlər cari ilin III rübündə proqnozlarının yaxşılaşacağını və 1,2% səviyyəsində iqtisadi artım gözləyirlər. Eyni zamanda, ABŞ iqtisadiyyatının təxminən 70%-ni təşkil edən istehlak xərclərinin də artması gözlənilir. Belə ki, son zamanlar aşağı düşən bu makroiqtisadi göstəricinin iyul-dekabr ayları ərzində orta hesabla 1,5% yüksələcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, politoloqların fikrincə, iqtisadiyyatın bərpasının başlaması prezident Barak Obamanın reytinqini yüksəldəcək. Xatırladaq ki, ölkədə son zamanlar müşahidə olunan büdcə kəsiri və işsizliyin artması nəticəsində Obamanın əhali arasında etimad və populyarlığı düşməyə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR