Bank Of Baku

«Bank Respublika»nın maliyyə göstəriciləri son bir ayda pisləşib

«Bank Respublika»nın maliyyə göstəriciləri son bir ayda pisləşib
# 13 avqust 2009 08:17 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankının aktivləri 2009-cu ilin iyul ayı ərzində 11,5% azalaraq avqustun 1-i vəziyyətinə 349,5 mln. manat təşkil edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, avqust aynın əvvəlinə kredit portfeli üzrə qalıq 231,3 mln. manata bərabər olub.

Cari ilin əvvəlindən «Bank Respublika»nın müştərilərinin hesablarında olan vəsaitlər 8,7% artaraq 147,6 mln. manatı keçib, fiziki şəxslərin əmanətləri isə 23,9% artaraq 98,4 mln. manata çatıb. Bununla yanaşı, hesabat dövrünə əhalinin əmanətləri 28,4% artaraq 82,4 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyul ayları ərzində «Bank Respublika»nın gəlirləri 34,72 mln. manat, xərcləri isə 27,55 mln. manat təşkil edib. Nəticədə, bankın balans mənfəəti 7,17 mln. manat olub.

Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında, səhmdar kapitalının «25% + 1 səhm» paketinə sahib olan Almaniyanın 2 nəhəng maliyyə təşkilatı – KfW bank qrupunun üzvü DEG İnvestisiya Şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» təmsil olunur. Bankın məcmu kapitalı 55,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manatdır. Hazırda bankın respublika üzrə 33 filial və şöbəsi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR