Bank Of Baku

Azərbaycanda filial şəbəkəsinə sahib olan bankların sayı azalıb

Azərbaycanda filial şəbəkəsinə sahib olan bankların sayı azalıb
# 13 avqust 2009 09:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının ümumi sayı 142-yə bərabər olub. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bundan 46-sı bank, 96-sı isə qeyri-bank kredit təşkilatlarıdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən rəqəmlər dəyişməz qalsa da, cari ilin əvvəlindən bank olmayan kredit təşkilatların sayı 94-dən 96-ya çatıb.

Cari ilin iyulun 1-nə bank təşkilatlarından yalnız 1-i dövlət bankıdır (Azərbaycan Beynəlxalq Bankı), qalanları isə özəl banklar hesab olunur. Öz növbəsində, özəl bankların tərkibində 23-də xarici kapitalın iştirakı mövcuddur, o cümlədən, 7 bankın nizamnamə kapitalında xarici kapitalın iştirakı 50%-dən 100%-dək, digər banklarda isə 50%-dən az səviyyədədir.

Bankların ölkə daxilində filiallarının sayı isə 2009-cu ilin II yarımilliyinin əvvəlinə 613 vahid təşkil edib ki, bunun 38-i dövlət bankına, 575-i isə özəl banklara məxsusdur. Yerli filialların sayı il ərzində 83 vahid və ya 15,7%, cari ilin əvvəlindən isə 46 vahid və ya 8,1% artıb. Qeyd edək ki, iyulun 1-nə ölkədə yalnız 38 bankın filialı olub və bu göstərici il ərzində 3 bank azalıb, ilin əvvəlindən isə dəyişməz qalıb.

Cari ilin iyulun 1-nə Azərbaycan banklarının 9 strukturu xaricdə fəaliyyət göstərib ki, bunların 2-si törəmə bank, 1-i filial və 6-sı nümayəndəlik kimi qeydə alınıb. Eyni zamanda, xarici bankların Azərbaycanda 4 nümayəndəliyi mövcuddur.

Yuxarıda qeyd olunmuş 96 bank olmayan kredit təşkilatlarının 77-si kredit ittifaqı, 18-i beynəlxalq humanitar təşkilatları tərəfindən maliyyələşdirilən kredit təşkilatları və 1-i digər bank olmayan kredit təşkilatı statusuna malikdir. Hesabat dövründə qeyri-bank kredit təşkilatlarının 12 filialı fəaliyyət göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR