Bank Of Baku

Fransa və Almaniya artıq iqtisadi geriləmə mərhələsini keçib

Fransa və Almaniya artıq iqtisadi geriləmə mərhələsini keçib
# 13 avqust 2009 10:42 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fransa və Almaniyada ümumi daxili məhsulun həcmi üzrə 2009-cu ilin II rübündə 0,3% səviyyəsində artım müşahidə olunub. «APA-Economics»in məlumatına görə, qeydə alınan artım göstəriciləri analitiklərin gözləmələrindən müsbət cəhətdən kəskin fərqlənib. Belə ki, ilkin olaraq Fransada ÜDM-in 0,2%, Almaniyada isə 0,3% səviyyəsində azalması proqnozlaşdırılırdı.

Hər iki ölkə üzrə müsbət makroiqtisadi göstəricilərin qeydə alınması burada iqtisadiyyatın stimullaşdırılmasına dair yeni proqramlarının artıq qəbul edilməyəcəyidən xəbər verir. Qeyd edək ki, Fransa və Almaniya öz iqtisadiyyatlarının stimullaşdırılmasına artıq bir neçə yüz milyard avro xərcləyib.

Ümumiyyətlə, ekspertlər avrozona üzrə ÜDM-in II rübün nəticəsində 0,5% səviyyəsində azalacağını proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR