Bank Of Baku

Azərbaycanda beynəlxalq maliyyə hesabatlığı standartları üzrə keçirilən təlim seminarının yekunları müzakirə olunub

Azərbaycanda beynəlxalq maliyyə hesabatlığı standartları üzrə keçirilən təlim seminarının yekunları müzakirə olunub
# 13 avqust 2009 10:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Beynəlxalq Maliyyə Hesabatlığı Standartları üzrə təlim seminarının yekunları müzakirə olunub.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, tədbirdə QKDK ilə yanaşı Avropa İttifaqının «Azərbaycanda investisiya və ixrac mühitinin yaxşılaşdırılmasına dəstək» layihəsinin, Milli Depozit Mərkəzi (MDM), Bakı Fond Birjası (BFB) və Azərbaycan Bank Təlim Mərkəzinin nümayəndələri (ABTM) iştirak ediblər.

Tədbirdə çıxış edən QKDK-nın sədri Rüfət Aslanlı əməkdaşların bilik və bacarıqlarının davamlı artırılmasının xüsusi əhəmiyyət kəsb etdiyini bildirib və bu məsələnin QKDK-nın əsas prioritetlərindən hesab edildiyini və bu istiqamətdə səylərin daha da gücləndirilməsinin zəruriliyini qeyd edib.

Daha sonra tədbirdə iştirak edən Avropa Birliyinin TACİS layihəsinin rəhbəri Norbert Muhlenbax və ABTM-in direktoru Cavanşir Abdullayev layihənin gedişi, eləcə də, seminar çərçivəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri haqqında geniş məlumat verib. Tədbirin sonunda təlim proqramını uğurla başa vurmuş əməkdaşlara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, QKDK, MDM və BFB əməkdaşlarının iştirak etdiyi seminar Azərbaycan Bank Tədris Mərkəzi tərəfindən keçirilib. Tədris zamanı seminar iştirakçılarına biznes əməliyyatlarının maliyyə hesabatlılığının aparılması, maliyyə idarəetməsi və risklər, aktivlərin dəyərləndirilməsi və yenidən qiymətləndirilməsinin müqayisəli metodologiyası, milli standartlar və İFRS istifadə edilməklə maliyyə nəticələrinin təhlili, konsolidasiya olunmuş maliyyə hesabatlarının təhlili və digər müvafiq mövzular üzrə təlimlər keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR