Bank Of Baku

Avrozonada böhran artıq sona çatır

Avrozonada böhran artıq sona çatır
# 14 avqust 2009 08:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin II rübündə Avropa ölkələri və ümumilikdə Avrozonanın iqtisadi göstəriciləri ilkin proqnozlarla müqayisədə nəzərə çarpan dərəcədə daha müsbət olub. «APA-Economics»in məlumatına görə, belə ki, Avrozona iqtisadiyyatının azalması cəmi 0,1% təşkil edib, regionun ən iri iqtisadiyyatları olan Fransa və Almaniyada isə hətta ÜDM-in artımı qeydə alınıb.

Avropa ekspertləri bu nəticələri 2007-ci ildə ABŞ-ın ipoteka bazarından başlayan və sonra bütün dünyaya yayılan böhranın ən pis dövrün, yəni iqtisadi geriləmə dövrünün artıq arxada qalmasının əlaməti kimi qiymətləndirirlər.

Ekspertlərin fikrincə, Avropa iqtisadiyyatının artım tendensiyasının yenidən bərpasının əsas səbəbi kimi dünya iqtisadiyyatının canlanması və hökumətlərin stimullaşdırıcı proqramlar həyata keçirməsini qeyd etmək lazımdır. Eyni zamanda, hazırda əsas təhlükə işsizliyin artmasındadır, çünki böhrandan çıxmaq məqsədi ilə şirkətlər tərəfindən kütləvi ixtisarlar aparılacağı təqdirdə istehlak bazarına ciddi zərbə dəyə bilər ki, bu da öz növbəsində iqtisadi artımın bərpasını sual altına alacaq. Bundan başqa, hələ də çox zəif və hökumətin dəstəyindən asılı olan bank-maliyyə sisteminin sabitləşməsi olmadan iqtisadiyyatın, o cümlədən, istehsal və istehlak sektorlarının davamlı artımı mümkün deyil. Bu səbəbdən də Avrozona iqtisadiyyatının sabit artımının 2010-cu ilin ortalarında başlayacağı proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR