Bank Of Baku

Azərbaycanda bank aktivlərinin 68%-ni kreditlər təşkil edir

Azərbaycanda bank aktivlərinin 68%-ni kreditlər təşkil edir
# 14 avqust 2009 10:16 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının aktivlərinin 68,4%-i kreditlərin payına düşüb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, ilin əvvəlinə bu göstərici 68,3%, ötən ilin iyulun 1-nə isə 69% təşkil edib.

Qeyd edək ki, cari ilin ikinci yarısının əvvəlinə bank aktivlərinin həcmi 9 191,7 mln. manata, kredit qoyuluşların həcmi isə 6 287,7 mln. manata bərabər olub.

Son bir ildə kreditlərin aktivlərdə xüsusi çəkisinin təxminən eyni səviyyədə qalması dünya maliyyə və iqtisadi böhran nəticəsində Azərbaycanın bank sektorunda likvidlik probleminin yaranması ilə bağlıdır və bunun nəticəsində bankların aktiv və kreditlərin həcminin dinamikasının eyni olduğunu göstərir. Bunu həmçinin, aktivlərin və kredit qoyuluşlarının dinamikası təsdiqləyir. Belə ki, ötən ilin iyul ayının əvvəli ilə müqayisədə aktivlər 5,1% artıb, ilin əvvəlindən 10,5% azalıb, kredit qoyuluşları isə son bir ildə 4,4% artıb, cari ilin ilk yarısı ərzində isə 10,4% azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR