Bank Of Baku

«Parabank» yeni əmanət növünü təqdim edib

«Parabank» yeni əmanət növünü təqdim edib
# 14 avqust 2009 10:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Parabank» Səhmdar Kommersiya Bankı (SKB) «Forex» adlı yeni əmanət növünü təqdim edib. Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, «Forex» əmanətinə vəsaitlər 12-48 ay müddətinə manat, dollar və ya avro ilə yerləşdirilə bilər, əmanətin minimal məbləği isə 1 000 AZN/USD/EUR təşkil etməlidir.

Valyuta riski yarandığı halda müştəri istənilən vaxt yeni depozit növü üzrə faizləri itirmədən bir valyutanı digər valyutaya keçirmək imkanı əldə edir. Valyutadan asılı olmayaraq, yerləşdirilmiş depozit üçün faiz dərəcələri yerləşdirmə müddətinə, faizlərin alınması şərtlərinə müvafiq olaraq 13%-dən 16,6%-dək diapazonda dəyişir.

«Forex»ə vəsait yerləşdirən müştərilərə faizlərin alınması üçün bank tərəfindən pulsuz olaraq «VİSA Electron» debet kartı təqdim edilir. Depozit sahibləri həmçinin bankda yerləşdirilmiş vəsaitin 80%-i məbləğində kredit ala bilərlər.

Qeyd edək ki, cari ilin iyul ayının 1-nə «Parabank»ın aktivlərinin həcmi 74,851 mln. manat, depozit portfeli 45,093 mln. manat, kredit portfeli 48,325 mln. manat, o cümlədən istehlak kreditlərinin həcmi 27,695 mln. manat olub. Bankın məcmu kapitalı 11,506 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,070 mln. manat təşkil edib.

Təsisçisi 23 fiziki şəxs olan «Parabank» ASC 1991-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 15 filialı, 10 bankomatı və 127 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR