Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: İyulda Azərbaycanda inflyasiya 0,59% olub

İqtisadi Tədqiqatlar Mərkəzi: İyulda Azərbaycanda inflyasiya 0,59% olub
# 14 avqust 2009 12:33 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) «Alternativ inflyasiya səviyyəsinin hesablanması» proqramı çərçivəsində Azərbaycanın 11 regionunda 2009-cu ilin iyul ayı ərzində apardığı qiymətlərin statistik müşahidəsinin nəticələrini açıqlayıb.

İTM-dən «APA-Economics»ə verilən məlumata görə, statistik müşahidənin nəticələrinə əsasən, bu ilin iyul ayında Azərbaycanda istehlak qiymətləri indeksi (İQİ) 0,59% artıb. Hesabat dövründə Bakıda qiymətlər 0,47%, regionlarda isə 0,71% bahalaşıb. Ay ərzində ərzaq və qeyri-ərzaq məhsullarının qiymətində azalma (müvafiq olaraq 0,16% və 0,86%) müşahidə edilsə də, xidmət sektorundakı 4,45%-lik bahalaşma ümumi yekunda ayın inflyasiya ilə başa çatmasına səbəb olub. İTM-in ekspertləri bunu Tarif Şurasının qərarı ilə iyulun 1-dən etibarən əhaliyə satılan təbii qazın qiymətinin 2 dəfədən çox artırılmasının nəticəsi kimi qiymətləndirirlər.

Bundan başqa, İTM-in hesablamalarına görə, iyul ayında əmtəə qrupları üzrə ən yüksək qiymət ucuzlaşması ərzaq məhsullarından meyvə-tərəvəzdə (3,14%) qeydə alınıb. Ən çox bahalaşma isə xidmətdə, eyni zamanda süd və süd məhsulları, yumurta satışında (4,13%) olub.

Cari ilin ilk 7 ayının qiymətləri üzrə Azərbaycanda 3,01%-lik deflyasiya baş verib. Bu zaman ən yüksək göstərici 5,28% ucuzlaşma ilə ərzaq məhsullarındadır. Hesabat dövründə qeyri-ərzaq məhsulları 3,96% ucuzlaşıb, xidmətlər isə 4,4% bahalaşıb.

Ötən ilin iyulu ilə müqayisədə cari ilin iyulunda Azərbaycanda İQİ 3,16% azalıb. O cümlədən, ərzaq məhsulları üzrə illik deflyasiya 7,17%, qeyri-ərzaq məhsulları üzrə 2,54% təşkil edib. Xidmət sektorunda isə son bir ildə 7,28% bahalaşma müşahidə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR