Bank Of Baku

«Fitch» agentliyi Ermənistanın reytinqini azaldıb

«Fitch» agentliyi Ermənistanın reytinqini azaldıb
# 14 avqust 2009 12:48 (UTC +04:00)
Bakı. Elmin İbrahimov – APA-Economics. «Fitch Ratings» beynəlxalq reytinq agentliyi Ermənistanın xarici və milli valyutada uzunmüddətli Emitentin Defolt Reytinqini (İDR) «BB» səviyyəsindən bir pillə endirərək sabit proqnozla «BB-» həddində təsdiq edib. Bundan başqa, ölkə reytinqinin aşağı həddi «BB+»dan «BB» səviyyəsinə endirilib və xarici valyutada qısamüddətli İDR reytinqi «B» həddində təsdiq olunub.

«APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) verdiyi məlumata görə, agentliyin mütəxəssisləri Ermənistana verilən reytinqin azaldılmasının bir neçə əsasın olduğunu bildirirlər. Belə ki, proqnozlara görə, əsas ticarət tərəfdaşı olan Rusiyaya qlobal maliyyə böhranın təsiri nəticəsində Ermənistan bu il dünyada ən çox geriləməyə məruz qalan ölkələrdən biri olacaq. Belə ki, ÜDM-in həcminin 2009-cu ilin sonuna kimi rekord səviyyədə, 15% düşəcəyi gözlənilir. Agentlik ölkənin büdcə kəsirinin ÜDM-ə nisbətinin 7,5%-dək artacağını, cari hesab kəsirinin isə 13%-i üstələyəcəyini proqnozlaşdırır.

Bundan başqa, 2008-ci ildə ÜDM-in 9%-ni təşkil etmiş pul köçürmələri əsasən Rusiya iqtisadiyyatında baş verən proseslər nəticəsində kəskin azalıb, xarici birbaşa investisiyalar bu ilin birinci rübündə azalaraq 27 mln. ABŞ dollarına çatıb, milli valyutanın 20% devalvasiyasına baxmayaraq ixrac bu ilin birinci yarısında təxminin iki dəfə azalıb.

Müqayisə üçün bildirək ki, iyun ayında «Fitch Ratings» Azərbaycanın xarici və milli valyutada uzunmüddətli İDR reytinqini sabit proqnozla «BB+» (Ermənistandan iki bənd yüksək), ölkə reytinqinin aşağı həddini «BB+» və xarici valyutada qısamüddətli İDR reytinqini «B» səviyyəsində (dəyişməz) saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR