Bank Of Baku

Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılmasından 17 il ötür

Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılmasından 17 il ötür
# 15 avqust 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın milli valyutasının dövriyyəyə buraxılmasından 17 il ötür. “APA-Economics”in məlumatına görə, 1992-ci il avqustun 15-də ilk Azərbaycan manatı dövriyyəyə buraxılıb.
Əvvəlcə dövriyyəyə 1, 5, 10 manatlıq əskinaslar və müxtəlif sikkələr buraxılıb. Lakin iqtisadi və siyasi qeyri-sabitlik şəraitində ölkədə inflyasiyanın səviyyəsinin kəskin artması nəticəsində manatın dəyərdən düşməsi baş verib və daha iri nominal əskinasların buraxılması zərurəti yaranıb. Nəticədə 1992-ci ilin avqustun 15-də 1 manatlıq nominaldan başlayan manatın ilk əskinasları 50 min manatlıq nominalla öz tarixini bitirib. 2005-ci ildə Azərbaycanda 1/5000 miqyasında denominasiya həyata keçirilib və bununla manatın yeni tarixi başlayıb. Həmin vaxt əskinas və sikkələrin dizaynı tamamilə yenilənib, mühafizə dərəcələri və dövretmə müddəti artırılıb. Hazırda dövriyyədə 1, 3, 5, 10, 20, 50 qəpik nominalı olan sikkələr və 1, 5, 10, 20, 50, 100 manat nominalı olan əskinaslar var.
Qeyd edək ki, 1994-cü il yanvarın 1-dən manat ölkədə yeganə ödəniş vasitəsi elan olunub və sovet rublu dövriyyədən çıxarılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR