Bank Of Baku

Azərbaycanda dövlət vəsaiti hesabına bu il ayrılan ipoteka kreditlərinin həcmi 25 mln. manata çatıb

Azərbaycanda dövlət vəsaiti hesabına bu il ayrılan ipoteka kreditlərinin həcmi 25 mln. manata çatıb
# 17 avqust 2009 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun xətti ilə 2009-cu ilin iyun ayının 1-də ölkədə ipoteka kreditləşməsi bərpa olunduqdan sonra 600 nəfərə yaxın vətəndaşa ümumilikdə 25 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə Azərbaycan İpoteka Fondundan (AİF) məlumat verilib.

AİF-in məlumatında həmçinin deyilir ki, 2006-cı ilin mart ayından başlayaraq, AİF xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 100 mln. manatı keçib. Nəticədə, 2 600-ə yaxın ailə ipoteka kreditləri hesabına öz yaşayış-mənzil şəraitini yaxşılaşdırıb.

Qeyd edək ki, dövlət büdcəsindən maliyyələşdirilən AİF müvəkkil kredit təşkilatları vasitəsilə ipoteka kreditlərini vətəndaşlara illik 8%-dən yüksək olmamaq şərti ilə maksimum 50 min manat olmaqla 3-25 ilə ayırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR