Bank Of Baku

«Unibank» bu il dövlət xətti ilə 73 müştəriyə 3 mln. manat ipoteka krediti verib

«Unibank» bu il dövlət xətti ilə 73 müştəriyə 3 mln. manat ipoteka krediti verib
# 17 avqust 2009 08:53 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ipoteka kreditləşməsi bərpa olunduqdan sonra «Unibank» ASC-yə mənzil almaq məqsədi ilə kredit üçün daxil olan 102 müraciətdən 73-nə müsbət cavab verilib. Nəticədə, AİF tərəfindən maliyyələşdiriləcək və Bank tərəfindən təsdiqlənən ipoteka kreditlərinin məcmu məbləği avqust ayının əvvəlinə 3 mln. manat təşkil edib.

Kreditlərin orta müddəti 293 ay, borcalanların orta yaş göstəricisi isə – 31 yaşdır. Həmin kreditlər əsasında alınan mənzillərin orta qiyməti 41 min manatdan bir qədər artıqdır.

«Biz AİF xətti ilə yayın ilk iki ayı ərzində aparılan ipoteka kreditləşməsinin nəticələrindən razıyıq. Bank, demək olar ki, bu sahədə qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən gəlib», - deyə «Unibank»ın riteyl xidmətləri üzrə direktoru Faiq Zeynalov bildirib. Onun sözlərinə görə, ilkin mərhələdə təşkilati işlərə və kreditlərin verilməsi texnologiyasının mənimsənilməsinə çox diqqət ayrıldığı nəzərə alınarsa, «Unibank»ın ipoteka portfelinin həcmini iki dəfə artırmaq imkanı var.

Qeyd edək ki, AİF tərəfindən yenidən maliyyələşdirilən ipoteka kreditləri «Unibank» tərəfindən milli valyutada, daşınmaz əmlak girov qoyulmaqla ölkə vətəndaşlarına 3-25 il müddətə, illik 8% olmaqla verilir. Daşınmaz əmlakın dəyəri müstəqil qiymətləndirmə şirkətləri tərəfindən müəyyən olunur. İpotekanın məbləği 50 min manatdan artıq ola bilməz, bu kreditlər üzrə aylıq ödəniş isə borcalanların məcmu gəlirilərinin 70%-dən artıq olmamalıdır. Bundan əlavə, ipoteka kreditinin məbləği, kredit verilən zaman alınacaq yaşayış sahəsinin bazar qiymətinin 85%-dən artıq olmamalıdır. İmtiyazlı şəxslərə ipoteka kreditləri üzrə faiz dərəcəsi illik 4% olmaqla 35 il müddətinə və maksimum 35 min manat məbləğində verilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR