Bank Of Baku

«Bank Respublika» PIN Change xidmətini tətbiq edib

«Bank Respublika» PIN Change xidmətini tətbiq edib
# 17 avqust 2009 10:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) plastik kart müştəriləri üçün yeni PIN Change xidmətini istifadə verib. Bankdan «APA-Economics»ə verilən məlumata görə, PIN Change xidməti müştəriyə ödəmə kartının mövcud şəxsi eyniləşmə nömrəsini (ŞEN-kodu) istənilən dördrəqəmli kod ilə dəyişməyə imkan yaradır.

«Kart yenisi ilə əvəz ediləndə və ya bir neçə ödəmə kartına sahib olanda onların ŞEN-kodlarını yadda saxlamaq asan deyil və bu, müştəri üçün müəyyən narahatçılıq yaradır. Bunu nəzərə alaraq, «Bank Respublika» PIN Change xidmətini tətbiq edib ki, həmin xidmət müştəriyə yadda saxlaya biləcəyi ŞEN-kodu kart üçün təyin etməyə imkan yaradır», - deyə bankdan bildirilib.

Müştəri istənilən vaxt ŞEN-kodu bankın bütün bankomatlarında dəyişə bilər. PIN Change xidməti «Bank Respublika» tərəfindən buraxdığı bütün kartlara şamil edilir. ŞEN-kodu dəyişmək üçün bankomatın menyusunda «ödəmələr» – «xidmətlər» – «PİN change» əməliyyatlarını seçmək və yeni ŞEN-kodu daxil etmək kifayətdir.

«Bank Respublika» SKB 2003-cü ildən etibarən müştərilərə «MasterCard» və «VISA» beynəlxalq kartlarını pulsuz və illik xidmət haqqı olmadan təqdim edir. «Bank Respublika» kartlar üzrə Card-to-Card, PIN Change, Home Banking, MobilBank və digər əlavə xidmətlər də göstərir. «Bank Respublika»nın plastik kartlar sahibləri həmçinin Azərbaycanın müxtəlif satış-xidmət müəssisələrində mal və xidmətlərə endirimlər də əldə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR