Bank Of Baku

Yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım 2,7% olub

Yanvar-iyul aylarında Azərbaycanda iqtisadi artım 2,7% olub
# 17 avqust 2009 12:30 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 17,3 mlrd. manatlıq və ya əvvəlki ilin eyni dövründəkindən 2,7% çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, əlavə dəyərin əksər hissəsi (63,3%-i) iqtisadiyyatın istehsal sahələrində, 29,5%-i isə xidmət sahələrində yaradılıb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2%-ni təşkil edib.

Hesabat dövründə sənayedə 8,4 mlrd. manatlıq, yaxud ÜDM-in 48,2%-i qədər, kənd təsərrüfatı, ovçuluq və meşə təsərrüfatında 1,1 mlrd. manatlıq (müvafiq olaraq 6,3%), tikintidə 1,5 mlrd. manatlıq (8,8%), nəqliyyatda 1,2 mlrd. manatlıq (6,7%), poçt və rabitədə 396,3 mln. manatlıq (2,3%), topdan və pərakəndə ticarət, avtomobillərin, məişət məmulatlarının və şəxsi istifadə əşyalarının təmiri üzrə xidmətlər sahəsində 1,3 mlrd. manatlıq (7,7%), mehmanxana və restoranlarda xidmət sahəsində 197,2 mln. manatlıq (1,2%), sosial və digər xidmətlər sahəsində isə 2 mlrd. manatlıq (11,6%) əlavə dəyər istehsal olunub.

Qeyd edək ki, yanvar-iyul aylarında ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 1 968,7 manat (2 448,7 ABŞ dolları) təşkil edib və 2008-ci ilin eyni dövrü ilə müqayisədə bu göstərici 1,3% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR