Bank Of Baku

Azərbaycanda illik inflyasiya 3%-i ötüb

Azərbaycanda illik inflyasiya 3%-i ötüb
# 17 avqust 2009 12:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayında Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki aya nisbətən 0,8%, yanvar-iyul aylarında isə (ötən ilin analoji dövrünə nisbətən) 3,1% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iyul ayında xidmət tarifləri 6,4% bahalaşıb, ərzaq məhsullarının qiymətləri 0,9%, qeyri-ərzaq mallarının qiymətləri isə 0,2% ucuzlaşıb. Eyni zamanda, qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,1%, qeyri-ərzaq mallarının qiymətləri 5,2%, xidmət tarifləri isə 5,9% bahalaşıb.

Qeyd edək ki, iyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən əsasən tibbi xidmətlərin, dəmiryol sərnişindaşıma nəqliyyatının və məişət qazının qiymət və tarifləri bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR