Bank Of Baku

Azərbaycanın fiskal gəlirləri 1,1%, xərcləri isə 8,4% artıb

Azərbaycanın fiskal gəlirləri 1,1%, xərcləri isə 8,4% artıb
# 17 avqust 2009 13:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1% artaraq 4,9 mlrd. manata, xərcləri isə 8,4% artaraq 4,4 mlrd. manata çatıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, büdcənin icrasında yaranmış 424 mln. manatlıq profisit ümumi daxili məhsulun 3%-ni təşkil edib.

Hesabat dövründə vergi gəlirlərinin 45,4%-i əlavə dəyər vergisindən, 24,1%-i hüquqi şəxslərin mənfəət (gəlir) vergisindən, 13,5%-i fiziki şəxslərin gəlir vergisindən, 5,5%-i aksiz vergisindən, 5,2%-i isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub.

Büdcə xərclərinin 2 mlrd. manatı (44%-i) iqtisadiyyata investisiya qoyuluşuna, 541 mln. manatı (12,2%-i) əhalinin sosial müdafiəsi və sosial təminatına, 675,4 mln. manatı (15,2%-i) təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib. Xərclərin 30,9%-ni isə (1,4 mlrd. manatını) əhaliyə əmək haqqı, pensiya və müavinət ödəmələri təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR