Bank Of Baku

Azərbaycan fond bazarında dövriyyənin 84%-i dövlət qiymətli kağızlarının payına düşür

Azərbaycan fond bazarında dövriyyənin 84%-i dövlət qiymətli kağızlarının payına düşür
# 18 avqust 2009 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda 1,2 mlrd. manatlıq qiymətli kağız buraxılışı qeydiyyata alınıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, qiymətli kağızlar bazarında ümumi emissiyanın 46,7%-ni dövlət istiqrazları, 37,6%-ni Azərbaycan Mərkəzi Bankının (AMB) notları, 11,2%-ni səhmlər, 4,5%-ni isə korporativ istiqrazlar təşkil edib.

Bu dövr ərzində 263,6 mln. manatlıq dövlət istiqrazları, 218,4 mln. manatlıq AMB-nin notları, 256,3 mln. manatlıq veksellər, 100,5 mln. manatlıq səhmlər və 15,1 mln. manatlıq korporativ istiqrazlar Bakı Fond Birjasında keçirilmiş hərraclarda yerləşdirilib. Bundan başqa, hərraclarda 55 ədəd ipoteka kağızı və ümumi sahəsi 71,7 min kv. metr olan mənzil fonduna 263 ədəd mənzil sertifikatı da təmsil olunub.

Cari ilin yanvar-iyun aylarında nominal dəyəri 65,8 mln. manat olan AMB-nin notları, 55,1 mln. manatlıq səhm, 139,4 mln. manatlıq dövlət istiqrazı və 30 mln. manatlıq korporativ istiqrazlar tədavüldə olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR