Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 5% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 5% artıb
# 18 avqust 2009 07:06 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin iyul ayının 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi bir qədər artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə əvvəlki ilin eyni dövrü ilə müqayisədə kredit qoyuluşunun həcmi 4,8% və ya 297,3 mln. manat artaraq 6,5 mlrd. manata çatıb.

Kredit qoyuluşunun 39,5%-i dövlət, 57,8%-i özəl banklar, 2,7%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 67,2%-ni uzunmüddətli kreditlər təşkil edib, 3,8%-nin isə ödənilmə vaxtı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR