Bank Of Baku

«Muğanbank»ın 10 mln. manatlıq istiqraz emissiyası dövlət qeydiyyatına alınıb

«Muğanbank»ın 10 mln. manatlıq istiqraz emissiyası dövlət qeydiyyatına alınıb
# 18 avqust 2009 08:11 (UTC +04:00)
QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Muğanbank» Açıq Səhmdar Cəmiyyətinin faizli adsız sənədli istiqrazlarının emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, istiqrazların hər birinin nominal dəyəri 50 manat, sayı 200 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Muğanbank»ın artıq avqust ayında istiqrazların yerləşdirilməsinə başlayacağı gözlənilir.

Qeyd edək ki, «Muğanbank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bu ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 116,379 mln. manat, depozit portfeli 48,962 mln. manat, kredit portfeli 69,707 mln. manat, məcmu kapitalı 21,201 mln. manat, o cümlədən, nizamnamə kapitalı 18 mln. manat təşkil edib. Bankın hazırda 26 filialı, 29 bankomatı və 63 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR