Bank Of Baku

Azərbaycan fond bazarında daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olacaq

Azərbaycan fond bazarında daha bir şirkət broker və diler fəaliyyəti ilə məşğul olacaq
# 18 avqust 2009 09:35 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın qiymətli kağızlar bazarında daha bir şirkəti broker və diler fəaliyyəti ilə məşğul olacaq.

Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsindən (QKDK) «APA-Economics»ə verilən məlumata görə, Komitə tərəfindən «Billionaire» Məhdud Məsuliyyətli Cəmiyyətə broker və diler fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıqlar (lisenziyalar) verilib.

Qeyd edək ki, hazırda Azərbaycanın fond bazarında 13 broker və 11 diler fəaliyyət göstərir. Ötən il ərzində isə fond bazarında peşəkar iştirakçıların sayı 36-ya bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR