Bank Of Baku

Azərbaycanın gənc marketoloqları Ukraynaya göndəriləcək

Azərbaycanın gənc marketoloqları Ukraynaya göndəriləcək
# 18 avqust 2009 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı dünyada marketinq elminin banisi sayılan, məşhur biznes quru Filip Kotlerin master-klasında Azərbaycanın gənc marketoloqlarının iştirakını təşkil edilir. Bankdan «APA-Economics»ə verilən məlumata görə, Bankın dəstəyi ilə Azərbaycanın gənc və perspektivli dörd marketoloqu F.Kotlerin sentyabrın 16-da Kiyevdə (Ukrayna) «Dəyişikliklər dövründə idarəçilik və marketinq» mövzusunda keçirəcəyi master-klasda iştirak edəcək.

Dünya biznesinin 4 ən nüfuzlu marketinq ekspertlərindən biri olan F.Kotlerlə görüşmək imkanı qazanacaq gənc marketoloqları seçmək üçün «Bank of Azerbaijan» müsabiqə elan edib. Azərbaycanda ilk dəfə olaraq bank öz korporativ şüarını fikirləşmək üçün açıq müsabiqə keçirir. Ən yaxşı şüar ideyasını fikirləşənlər Ukraynadakı master-klasa qatıla biləcəklər.

Müsabiqənin səmərəli təşkil olunması məqsədilə Azərbaycanlı Marketerlərin İcmasının toplandığı www.mak.az internet resursunda müsabiqə ilə bağlı mövzu açılıb. Maraqlanan şəxslər bu linkə daxil olaraq şərtlər barədə daha ətraflı məlumat əldə edə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR