Bank Of Baku

Azərbaycan xarici ticarət dövriyyəsinin müsbət saldosunu 33% artırıb

Azərbaycan xarici ticarət dövriyyəsinin müsbət saldosunu 33% artırıb
# 18 avqust 2009 12:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin birinci yarısında Azərbaycanda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər 122 ölkə ilə ticarət əlaqələri qurub.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində xarici ticarət dövriyyəsinin həcmi 8 530,5 mln. ABŞ dolları, o cümlədən ixrac 5 811,6 mln. dollar, idxal isə 2 718,9 mln. dollar təşkil edib. Ticarət əlaqələrinin 68,1%-i ixracın, 31,9%-i idxalın hesabına formalaşıb. Nəticədə, 3 092,7 mln. dollarlıq müsbət saldo yaranıb.

Müqayisə üçün qeyd edək ki, bu ilin iyun ayı ərzində xarici ticarət dövriyyəsi 24,4%, o cümlədən, ixrac 26,5%, idxal 20,2%, müsbət saldonun həcmi isə 32,7% artıb.

İdxal-ixrac əməliyyatlarının 18,5%-i İtaliya, 10,2%-i ABŞı, 8,5%-i Rusiya, 6,6%-i Fransa, 6,1%-i İsrail, 4,7%-i Türkiyə, 4%-i Almaniya, 3,2%-i Tayvan (Çinin əyaləti), 3%-i Ukrayna, 2,9%-i Kanada, 2,9%-i Gürcüstan, 2,8%-i İndoneziya, 2,7%-i Hindistan, 2,6%-i Böyük Britaniya, 2,6%-i Çin, 1,7%-i Koreya, 17%-i isə digər ölkələrlə həyata keçirilib.

Mal mübadiləsinin 88,7%-i, o cümlədən, ixracın 91,8%-i, idxalın isə 82%-i sərbəst dönərli valyuta sövdələşmələri yolu ilə reallaşdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR