Bank Of Baku

Azərbaycan iqtisadi inkişaf tempinə görə MDB-də ikinci yeri tutub

Azərbaycan iqtisadi inkişaf tempinə görə MDB-də ikinci yeri tutub
# 18 avqust 2009 13:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan 2009-cu ilin ilk yarısında MDB ölkələri arasında ÜDM-in artım tempinə görə ikinci yeri tutub.

MDB-nin Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, ilk yeri ÜDM-in 8,2%-lik artım göstəricisi ilə Özbəkistan tutub.

Ümumilikdə, MDB-nin Statistika Komitəsinin hesabatlarında iştirak edən 11 ölkədən yalnız 5-də ÜDM-in artımı müşahidə olunub, qalan ölkələr isə iqtisadi geriləməyə məruz qalıb. Ən dərin ÜDM azalması Ukrayna və Ermənistanda baş verib:

Ölkə

ÜDM-in dinamikası
(yanvar-iyun, 2009-cu il)

Özbəkistan

108,2%

Azərbaycan

103,6%

Tacikistan

102,8%

Belarus

100,3%

Qırğızıstan

100,3%

Qazaxıstan

95,9%

Gürcüstan

94,1%

Moldova

93,1%

Rusiya

86,6%

Ermənistan

83,7%

Ukrayna

79,7%

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR