Bank Of Baku

Azərbaycan əhalisinin gəlirləri yanvar-iyul aylarında 13,6% artıb

Azərbaycan əhalisinin gəlirləri yanvar-iyul aylarında 13,6% artıb
# 19 avqust 2009 07:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycan əhalisinin gəlirləri 12,5 mlrd. manata çataraq, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,6% artıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, dövr ərzində əhalinin hər nəfərinə düşən gəlirləri 12,1% artaraq orta hesabla 1 423 manata və ya 1 769,9 ABŞ dollarına bərabər olub.

Gəlirlərin 67,2%-i son istehlaka, 10,3%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 22,5%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Qeyd edək ki, vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 11,2 mlrd. manatlıq vəsait qalıb, bu da əvvəlki ildəkindən 13,7% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR